Xınalı Xızı dağları - FOTO

Xınalı Xızı dağları - FOTO
05:32 10 Noyabr 2019
129 Maraqlı
Ölkə mətbuatı
A- A+

Xızı paytaxta ən yaxın dağ rayonu olduğundan Bakıdan bura gələn turistlərin sayı da çoxdur. Mülayim iqlimi, təmiz havası ilə seçilən rayonda turistləri daha çox özünə cəlb edən əsrarəngiz gözəlliyə malik dağ mənzərələridir.

Mars planetinin səthini xatırladan rəngbərəng, al-əlvan, xınalı Xızı dağları görənləri valeh edir.

Giləzi qəsəbəsindən Xızıya gedən yol boyunca müxtəlif geoloji süxurların təpəliklərin səthində yaratdığı özünəməxsus rəngi ilə seçilən landşaftı seyr etmək olar. Azərbaycanın digər bölgələrində oxşar geoloji hadisəyə rast gəlinmir.

Xızı rayonun ərazisində dağlıq və dağətəyi zonaya bölünür. Dağlıq zonanın ən yüksək zirvəsi dəniz səviyyəsindən 2205 metr hündürlükdə yerləşən Dübrar (İkiqardaş) dağıdır.

Sözlə ifadə olunmayan gözəlliyi öz gözlərinizlə görməyiniz lazımdır. Xızıya getmək imkanı olmayanlar qeyri-adi təbiət mənzərələri ilə fotolarla tanış ola bilərlər.

Milli.Az AZƏRTAC-a istinadən azərbaycanlı peşəkar fotoqraf Lyokinin Xızıda çəkdiyi gözoxşayan mənzərələri təqdim edir. Fotoların bir qismi gecə və dan yeri söküləndə lentə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR