Xalq və polis QALİB GƏLDİ: prezidentin fırıldağı üzə çıxdı

Xalq və polis QALİB GƏLDİ: prezidentin fırıldağı üzə çıxdı
18:48 10 Noyabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

Boliviya yenidən prezident seçkilərinə gedir.

Publika.az xəbər verir ki, 20 oktyabrda keçirilən seçkilərdə prezident Evo Moralesi hiylə işlətməkdə ittiham edən müxaliflərin etiraz aksiyaları bu qərarla yekunlaşıb.

Bu barədə prezident özü açıqlama verib. Amerika Dövlətləri Təşkilatının araşdırmaları zamanı seçkilərdə bəzi nizamsızlıq olduğu qeydə alınıb. Morales ölkənin Ali Seçki Komissiyasının yenilənəcəyini və seçkilərin yenidən baş tutacağını məhz bundan sonra elan edib.

Qeyd edək ki, etiraz aksiyalarında 3 nəfər ölüb, 400 nəfər yaralanıb. Aksiyaların son günlərində polislər də xalqa qoşulmuşdu.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/295734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR