Mourinyo “Liverpul”u çempion sayır -

Məşhur portuqaliyalı məşqçi Jose Mourinyo İngiltərə Premyer Liqasının 12-ci turunda keçirilən “Liverpul” – “Mançester Siti” oyunundan (3:1) sonra maraqlı açıqlamalar verib.

Metbuat.az-ın məlumatına görə, “Sky Sports”a danışan mütəxəssis Premyer Liqada "qırmızılar"ın qələbəsindən sonra çempionluq yarışının bitdiyini deyib:

“Məncə, Premyer Liqada çempionluq yarışı sona çatdı. Qeyri-adi hadisə olmasa, ya da önəmli bir futbolçusu ciddi zədələnməsə, “Liverpul” çempionluğu əldən verməyəcək. “Mançester Siti” ard-arda 8-9 oyun qalib gələ biləcək potensiala sahibdir, ancaq “Liverpul”un 9 xallıq fərqi əldən verəcəyini düşünmürəm”.

Qeyd edək ki, “Liverpul” “Mançester Siti” ilə oyundan sonra xallarının sayını 34-ə çatdıraraq vahid liderdirliyi davam etdirir. Ən yaxın izləyicilləri – 2-ci və 3-cü yerləri bölüşən “Lester” və “Çelsi”nin 26, 4-cü pilləyə düşən “Mançester Siti”nin 25 xalı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR