Xerox HP-ni almaq üçün 27 milyard dollardan çox təklif etməyə hazırlaşır

Xerox HP-ni almaq üçün 27 milyard dollardan çox təklif etməyə hazırlaşır
23:12 12 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Xerox, dünyanın ən böyük printer və kompüter istehsalçılarından biri olan HP şirkətini almaq üçün işə başladı. Şirkət bu alış üçün HP-yə 27 milyard dollardan çox pul ödəməyi planlaşdırır.

Milli.Az techland.az-a istinadən bildirir ki, Wall Street Jounal-ın paylaşdığı məlumata görə, Xerox şirkətinin idarə heyəti ötən gün etdikləri iclasdan sonra təklifi dəyərləndirib, amma bunun nə qədər uğurlu olub olmayacağı bilinmir. Qeyd edək ki, Connecticut-da yerləşən Xerox böyük bir bankdan maliyyələşmək üçün qeyri-rəsmi bir öhdəlik götürüb. HP-nin nümayəndəsi Reuters-ə verdiyi açıqlamada şayiələr və ya fərziyyələr barədə heç bir açıqlama vermədiklərini söyləyib. Xerox-dan isə mövzu ilə bağlı heç bir açıqlama gəlməyib.

Bazar ertəsi günü Xerox etdiyi açıqlamada, Fujifilm Holdings ilə ortaq təşəbbüsü Fuji Xerox-dakı 25 faizlik hissəsini 2,3 milyard dollara satacağını bildirib. Son günlərdə printer sənayesində çətinliklər yaşayan HP və ilin üçüncü rübündə printer fəaliyyətindən əldə etdiyi gəlirin bu il 5 faiz azaldığını açıqlayıb. HP, həmçinin oktyabr ayında xərclərin azaldılmasına yönəlmiş yenidənqurma proqramı çərçivəsində 9000 işçini ixtisara salmağı planlaşdırdığını bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR