Hakerlər Meksikanın "Pemex" şirkətindən 5 milyon dollarlıq bitkoin tələb edirlər

Hakerlər Meksikanın "Pemex" şirkətindən 5 milyon dollarlıq bitkoin tələb edirlər
11:27 13 Noyabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Meksikanın "Petroleros Mexicanos" (Pemex) neft-qaz korporasiyasının kompüterlərini blokladığını iddia edən hakerlər bitkoinlərlə 5 milyon dollar ödəməyi tələb edirlər.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Bazar günü, noyabrın 10-da dövlət şirkəti dərhal zərərsizləşdirilən və 5%-dən az fərdi kompüterlərə təsir edən kiberhücumlar olduğunu qeydə alıb", - şirkətin açıqlamasında bildirilir.
Agentliyin məlumatına görə, Meksika şirkətinin bəzi işçiləri bu gün viruslu kompütürlərdə "Pemex"dən 48 saat ərzində 565 bitkoin (cari məzənnə ilə, təxminən, 5 milyon dollar) tələb olunduğuna dair bildirişlər alıb.
Hakerlərin şirkətin daxili şəbəkəsini sındırması nəticəsində Meksikadakı bütün korporativ kompüterlər sıradan çıxıb, şirkət ödəniş sistemi də daxil olmaqla, bir sıra sistemlərin söndürülməsinə məcbur olub.


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/hakerler-pemex-sirketinden-5-milyon-dollarliq-bitkoin-teleb-edirler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR