Baş ağrısı ilə evə gələn qızın cansız bədəni tapıldı - FOTO

Baş ağrısı ilə evə gələn qızın cansız bədəni tapıldı - FOTO
11:57 13 Noyabr 2019
130 Dünya
Ölkə mətbuatı
A- A+

Baş ağrısı ilə evə gəlib, otağına keçən qızın cansız bədəni tapılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə, Qeytshed qəsəbəsində yaşayan Jessica Cain öz otağında dünyasını dəyişib.

21 yaşlı qızın meningit xəstəliyindən öldüyü məlum olub. Qızının ölümündən şoka düşən anası açıqlamasında bildirib ki, o, evə gələndə başının ağrıdığını və halsız olduğunu deyib və öz otağına keçib.

Qadının dediyinə görə, qızı su ilə 2 ədəd parasetamol dərmanı da qəbul edib.

"Səhər qızımı oyandırmaq istədim, cavab vermədi", - Shelia Rowell Chronicle Live-ə  açıqlamasında söyləyib.

Qeyd edək ki, meningit - baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyidir. Bütün yaş qruplarında rast gəlinir. Hava-damcı yolu ilə keçir. Bəzi bakteriyalar, viruslar , parazitlər və göbələklər tərəfindən törədilir. Müxtəlif ağırlıq dərəcələri və təzahürləri olur. Mümkün olan fəsadları: baş beynin ödemi, infeksion-toksik şok, karlıq, hidrosefaliya, qıcolmalar, psixi dəyişikliklər, böyrəküstü vəzin çatışmazlığı və s.-dir.

Emin
Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/801883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR