Göyçayda ənənəvi “Nar Festivalı” keçirilib

Göyçayda ənənəvi “Nar Festivalı” keçirilib
18:17 13 Noyabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Göyçay şəhərinin mərkəzi küçələrindən birində ənənəvi “Nar Festivalı” keçirilib. 
“Report” xəbər verir ki, 30 mindən çox iştirakçının qatıldığı tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin, beynəlxalq təşkilatların və diaspor təşkilatlarının nümayəndələri, yerli və xarici iş adamları, Azərbaycanın şəhər və rayonlarından gələn çoxsaylı qonaqlar iştirak ediblər.
Bayram tədbirində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil edilib. Həmçini festival qonaqları yerli əhalinin ustalıqla hazırladıqları nar şirəsinin, nar şərabının, nardançanın, xüsusi bəslənmiş narların dadına baxmaq imkanı əldə ediblər. Habelə, festivalda narın satışı da təşkil edilib. Festival qonaqları ən keyfiyyətli narları festival çərçivəsində ucuz qiymətə almaq imkanı əldə ediblər.
Məlumat üçün bildirək ki, Göyçayda nar bayramı artıq 14-cü dəfədir ki, təşkil edilir. Bu məhsul bayramı bölgədə meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. İstər yerli əhalinin, istərsə də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı, həm də xalqımızın milli adət-ənənələrimizə dərin bağlılığımızın bir nümunəsidir.
Hazırda rayonda 3627 hektar nar bağı vardır ki, onun da 3327 hektarı bar verəndir. Hər il orta hesabla 35-40 min ton nar istehsal olunur. Bağlarda əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları yetişdirilir. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır.
Bayram tədbirində nar və nar məhsullarının sərgi yarmarkası, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil edilib. Həmçini festival qonaqları yerli əhalinin ustalıqla hazırladıqları nar şirəsinin, nar şərabının, nardançanın, xüsusi bəslənmiş narların dadına baxmaq imkanı əldə ediblər. Habelə, festivalda narın satışı da təşkil edilib. Festival qonaqları ən keyfiyyətli narları festival çərçivəsində ucuz qiymətə almaq imkanı əldə ediblər.






Xəbərin orijinal ünvanı: https://report.az/ask/goycayda-enenevi-nar-festivali-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR