Tramp və Ərdoğan arasında görüş başlayıb

Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

Metbuat.az-ın məlumatına görə, Ərdoğan və xanımı Əminə Ərdoğanı "Ağ ev"də Donald Tarmp və xanımı Melania Tramp qarşılayıb.

ABŞ prezidenti bildirib ki, Türkiyə prezidenti ilə şəxsi dostluq münasibətləri var, "Ağ ev"də onu və xanımı Əminə Ərdoğanı qarşılamaqdan şərəf duyur.

Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, ikitərəfli və heyətlərarası görüşdə öz fikirlərini bildirəcək.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR