ABŞ prezidenti Donald Trampın əsas seçki vədi olan Meksika sərhədinə divarın inşaası prosesi canlı yayımlanacaq.
Metbuat.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb. Məlumata görə, tikinti prosesinin “Ağ ev”in rəsmi internet səhifəsində canlı yayımlanması planlaşdırılır.
Qeyd edək ki, büdcədən vaxtında vəsait ayrılmadığından divarın inşaası nəzərdə tutulan vaxtda həyata keçirilməyib. Lakin ilin sonuna qədər tikinti prosesinin başlayacağı gözlənilir.
Anar Türkeş / Metbuat.az