Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın prezident seçkilərində qalib gələn Donald Trampla telefonla danışıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Paşinyan Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib. Həmçinin Ermənistanla ABŞ arasında son illərdəki münasibətlərin inkişafı və hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıb.