"Instagram"a "TikTok"dakı kimi...

"Instagram"a "TikTok"dakı kimi...
23:47 13 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Instagram'a TikTok'dakı kimi video redaktor əlavə oluna bilər.

Milli.Az technote-yə istinadən xəbər verir ki, Instagram üçün Scenes adlı video redaktor hazırlayır.

Məlumatda qeyd edilib ki, əvvəllər həmin redaktorun adı Clips idi.

Təqdim edilmiş fotodan da görmək olar ki, Scenes adlı video redaktorda TikTok-dan olan bir çox özəllik var. Belə ki, Scenes-də də musiqilərdən, AR effektlərdən istifadə etmək olacaq və həmçinin videoları sürətləndirmək də mümkün olacaq. Əgər hansısa Instagram istifadəçsinin hesabı hamı üçün açıqdırsa digər istifadəçilər də həmin videolardan mikslər düzəldə biləcəklər. Instagram-ın Scenes video redaktorunu öz platformasına əlavə edib-etməyəcəyi barəsində bir məlumat yoxdur. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/801906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR