Bələdiyyə seçkiləri üçün çap ediləcək bülletenlərin sayı açıqlandı

Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkiləri ilə əlaqədar 6 milyon 52 min 721 seçki bülleteni çap ediləcək.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bülletenlər seçkilərə 10 gün qalmış çap edilir və seçicilərin cəmi sayından 3 faizdən çox olmamaqla çap edilməlidir.

Qeyd edək ki, 2025-ci ilin yanvarın 29-da 685 bələdiyyə üzrə seçkilər keçiriləcək, 8 min 71 bələdiyyə üzvü seçiləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı