Müxalifət mitinq keçirməyə hazırlaşır

Gürcüstan parlamentində proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişinin qəbul edilməməsi müxalifətin etirazına səbəb olub.

Mətbuat.az xəbər verir ki, iyunun 19-dan başlayan və bir aydan çox davam edən mitinqlərin təşkilatçısı olan “Utanc” hərəkatı insanları yenidən genişmiqyaslı mitinqlərə çağırıb.

“İndi tam səfərbərlik və davamlı mitinqləri elan edirik. 2020-ci il seçkiləri oğurlanır”, - deyə hərəkatın liderlərindən olan Şota Diqmelaşvili bildirib.

Hərəkat saat 19:00-da parlament binası qarşısında genişmiqyaslı mitinq keçirəcəyini bəyan edib.

Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili də öz tərəfdarlarını səfərbər olmağa və dinc şəkildə etiraz etməyə çağırıb.

Vətənpərvərlər Alyansının lideri İrma İnaşvili də tərəfdarlarını küçələrə çıxmağa çağırıb.

"Bu gün parlamentdə çox utancverici bir hadisə baş verdi. Bu, inam böhranıdır və "Gürcü arzusu" partiyasından qaynaqlanır",- deyə İ. İnaşvili bildirib.

Qeyd edək ki, hazırda parlament binasının girişlərində piket keçirilir.(apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR