İkardi ilə danışıqlar başladı

İkardi ilə danışıqlar başladı
03:48 15 Noyabr 2019
132 İdman
Ölkə mətbuatı
A- A+

PSJ Mauro İkardini birdəfəlik almaq istəyir.

Publika.az xəbər verir ki, Paris təmsilçisi müqavilə ilə "İnter"ə məxsus olan argentinalı hücumçunun oyunundan razı olduğu üçün onu komandada saxlamağı düşünür. Klub nümayəndələrinin artıq 26 yaşlı futbolçunun agenti və xanımı Vanday Narayla danışıqlara başladığı və müqavilənin detallarını müzakirə etdiyi bildirilib.

PSJ yayda icarəyə götürdüyü İkardinin təzminat qiyməti olan 65 milyon avro ödəməyi planlaşdırır. Klub futbolçunun özü ilə isə 5 illik müqavilə imzalamaq istəyir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/296161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR