Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb

Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb
09:57 15 Noyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda uşaq evində yaşayan 10-cu sinif şagirdi itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə noyabrın 13-də paytaxtın Nərimanov rayon ərazisində baş verib.
Belə ki, Zərdab rayon sakini, 2003-cü il təvəllüdlü, 10-cu sinif şagirdi Ayşə Vəlizadə Xətai rayon ərazisində yerləşən uşaq evindən şəxsiyyət vəsiqəsi almaq məqsədi ilə Nərimaov rayon ərazisində yaşayan rəfiqəsinin evinə gedib.
O, gecəni orada qalıb. Səhər saat 7 radələrində mənzildən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Qızın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-usaq-evinde-yasayan-10-cu-sinif-sagirdi-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR