Xalq artisti ŞİKAYƏT ETDİ: “Toya görə vergi ödəməli deyiləm”

Xalq artisti ŞİKAYƏT ETDİ: “Toya görə vergi ödəməli deyiləm”
10:08 15 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

"Əslində toya görə vergi ödəməli deyiləm. Elə olur ki, 3 ay toya getmirəm. Amma biz toy olsa da, olmasa da, vergi ödəyirik”.

Publika.az xəbər verir ki, Xalq artisti Brilliant Dadaşova İTV-də yayımlanan "3 D" verilişinin qonağı olub. Toy biznesindən danışan sənətçi şou-biznesdə onu narahat edən məsələlərə toxunub.

“Bizim şou-biznes ancaq kimisə ifşa etməkdən, biabır etməkdən, şər-böhtan atmaqdan, gündəmə gəlmək üçün böyük akulalara söz atmaqdan və s. bu kimi məsələlərdən ibarətdir. Əslində şou-biznes sənə gəlir gətirməlidir. Prodüser konsertlər təşkil etməlidir ki, rayonlarda çıxış etsin, biz balaca ölkə olduğumuz üçün çətindir. Bizdə hər şey icra başçılarından asılıdır. Onlar da pul xərcləməyi xoşlamırlar. Bizim şou-biznesimiz toydan ibarətdir. Toy da olmasa məndən gərək mahnılar gözləməyəsiniz. Toydan gələn gəlirlə klip çəkdirir və mahnılar yazdırıram.

Əlbəttə vergi ödəyirəm. Əslində toya görə vergi ödəməli deyiləm. Bu, Türkiyədə əlavə iş adlanır. Yəni toy olanda vergi ödəyirlər. Elə olur ki, 3 ay toya getmirəm. Amma biz toy olsa da, olmasa da vergi ödəyirik.

Bir vaxt mənə dedilər ki, 22 min pul gətirməlisən. Bu, 2015-ci ildə olmuşdu. Söylədim ki, o qədər pul qazanmamışam axı, necə gətirim o pulu. Dedilər ki, siz filan şadlıq sarayında 30 dəfə toyda olmusunuz. Halbuki mən o restoranı heç tanımırdım. Axırda audit danışıb, məsələni həll etdi”.

Bir neçə ay əvvəl rüşvətxor məmurlara həsr etdiyi mahnını ifa edən müğənni onu narahat edən problemlərindən də söz açıb:

“Qohum-əqrəbada işsiz çoxdur. Bir neçə yerə müraciət etmişdim. Eyni zamanda oğlumu oxutmaq üçün çox əziyyət çəkmişəm. Magistraturanı da bitirdikdən sonra onun üçün iş axtarmağa başladım. Odur ki, bir neçə yerə müraciət etdim. Amma heç yerə əlim çatmadı, heç kim məni qəbul etmədi”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/296190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR