Avropa İnvestisiya Bankı üzvi yanacaq layihələrini maliyyələşdirməyəcək

Avropa İnvestisiya Bankı üzvi yanacaq layihələrini maliyyələşdirməyəcək
14:12 15 Noyabr 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

Avropa İnvestisiya Bankı (EIB) 2021-ci ildən sonra təbii qaz da daxil olmaqla heç bir üzvi yanacaq layihəsini maliyyələşdirməyəcək. 
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir. 
Məlumata görə, Bank bu barədə açıqlama yayaraq enerji layihələrinin maliyyələşdirilməsi ilə bağı siyasətini dəyişdirəcəyini, iqlim dəyişikliyi ilə daha effektiv mübarizə aparmaq məqsədilə bərpa olunan enerji layihələrinə daha çox diqqət yetirəcəyini bildirib. Beynəlxalq maliyyə qurumunun yeni siyasət çərçivəsində 2021-2030-cu illərdə karbon emissiyasını aşağı salmaq üçün enerji innovasiyası, enerji səmərəliliyi və bərpa olunan enerji layihələri üçün 1 milyard avro ayıracağı deyilir. 
Beləliklə, 2025-ci ildə və sonrakı illərdə davamlı enerji və iqlim dəyişikliyi ilə mübarizə layihələrinə ayrılacaq vəsait bankın ümumi kreditləşməsinin 50%-ni təşkil edəcək.
Xatırladaq ki, EIB son 5 ildə enerji və şəbəkə səmərəliliyini artırmaq üçün təxminən 65 milyard avro kredit ayırıb ki, bunun da 28 milyard avrosu bərpa olunan enerji layihələrinin payına düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/avropa-i-nvestisiya-banki-uzvi-yanacaq-layihelerini-maliyyelesdirmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR