Honkonqda orta məktəblərdə dərslər yenidən təxirə salınıb

Honkonqda orta məktəblərdə dərslər yenidən təxirə salınıb
21:52 17 Noyabr 2019
102 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Honkonq xüsusi inzibati bölgəsində iğtişaşlar və zorakılıq halları ilə əlaqədar ibtidai, orta və xüsusi məktəblərdə, habelə uşaq bağçalarında dərslərin dayandırılması müddəti yenidən uzadılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 13-də elan olunmuş birgünlük növbədənkənar tətil sonradan həftə sonunadək uzadılmışdı. Təhsil bürosunun noyabrın 17-də yaydığı məlumatda isə tətilin daha bir gün uzadıldığı bildirilir. Məktəblərdə və uşaq bağçalarında dərslərin noyabrın 19-da bərpa olunması nəzərdə tutulub.

Təhsil bürosu şəhərdə iğtişaşların və zorakılıq hallarının dərhal dayandırılmasını tələb edib.

Qeyd edək ki, cinayətkarların Çinin materik hissəsinə ekstradisiya olunmaları barədə qanun layihəsinin hakimiyyət tərəfindən qəbul edilməsi cəhdindən sonra iyundan bəri Honkonqda kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalar daha sonra iğtişaşlara çevrilərək, zaman-zaman küçələrin bağlanması, yanğınlar törədilməsi halları və vandalizm aktları ilə müşayiət olunub. Qanunsuz aksiyaların iştirakçıları dövlət və ictimai binaların şüşələrini sındırır, polis əməkdaşlarına və sakinlərə fiziki xəsarətlər yetirirlər. Son günlər iğtişaşlar daha da şiddətlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/802987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR