Ağcabədi sakinini ölümlə hədələyən şəxsdən ov tüfəngi götürülüb

Ağcabədi sakinini ölümlə hədələyən şəxsdən ov tüfəngi götürülüb
12:32 18 Noyabr 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədi rayon sakinini ölümlə hədələyən şəxsdən ov tüfəngi götürülüb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, noyabrın 16-da Ağcabədi rayonunun Təzəkənd kənd sakini D.Ağayev Rayon Polis Şöbəsinə müraciət edərək noyabrın 15-də həmkəndlisi S.Zeynalov tərəfindən ov tüfəngi ilə öldürüləcəyi ilə hədələnməsini bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb. 
Ondan müvafiq sənədləri olmayan “İJ“ markalı ov tüfəngi aşkar edilərək götürülüb. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedi-sakinini-olumle-hedeleyen-sexsden-ov-tufengi-goturulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR