"Tərk edilmiş dünya"

"Tərk edilmiş dünya"
18:51 16 Yanvar 2015
124 Digər
Ölkə mətbuatı
A- A+

Dünya şöhrətli yazıçı, əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunmuş " Şöhrət" ordenli Çingiz Abdullayevin iki əsəri ekranlaşdırılacaq.

Müəllifin ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, əsərlərdən biri - "Quba kapriççiosu" detektiv romanı Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilir. "Filmin çəkilişlərinə keçən ildən başlanılıb və yaxın 3 ay ərzində tamamlanması gözlənilir".

Yavər Rzayevin rejissorluğu ilə çəkilən filmdə baş rolda tanınmış müğənni, xalq artisti İlqar Muradov çəkilib. Çəkilişlər Bakı, Quba şəhərlərində və Qubanın Qırmızı Qəsəbə kəndində olub.

İkinci ekranlaşdırılan əsər isə "Tərk edilmiş dünya" ("Pokinutıy mir") əsəridir. "Çəkilişlərə hələ başlanmayıb. Hazırlıq işləri gedir. Bu filmin də ilin sonunadək tamamlanması gözlənilir", - deyə Çingiz ABdullayev əlavə edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR