Həftəsonu yol qəzalarında 12 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Həftəsonu yol qəzalarında 12 nəfər ölüb, 5 nəfər xəsarət alıb
14:42 18 Noyabr 2019
67 Digər
Ölkə mətbuatı
A- A+

Bazar günü daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, noyabrın 17-də törədilən 9 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.
Xatırladaq ki, ötən həftəsonu yol qəzalarında ümumilikdə 12 nəfər ölüb.

*** 13:12
Ötən şənbə daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, noyabrın 16-da törədilən 23 cinayətin üstü “isti izlər”lə açılıb. 
Əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub. 
Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. 
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/oten-senbe-gunu-yol-qezalarinda-3-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR