Şamaxı Rəsədxanası NASA-nı İTTİHAM ETDİ: "Yalan məlumat yayıb"

Şamaxı Rəsədxanası NASA-nı İTTİHAM ETDİ: "Yalan məlumat yayıb"
15:08 18 Noyabr 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

NASA-da fəaliyyət göstərən elm adamları dünyanı narahat edəcək bəzi açıqlamalar veriblər.

Bu açıqlamalarda alimlər hər 2000 ildən bir dünyaya hansısa asteroidin zərbə vurduğunu və hazırda bir asteroidin Yerə çox yaxın məsafədə olduğunu deyib.

NASA, "JF1" kod adlı bu asteroidin yoluna davam edərsə, Yerə zərbə vuracağını deyib. Verilən açıqlamada bu hadisənin qısa müddətdə baş vermə ehtimalının olduqca yüksək olduğu vurğulanıb. Haqqında danışılan asteroidin diametrinin 128 metr olduğu qeyd edilib. 6 may 2022-ci ildə bu kosmik qayanın planetimizlə toqquşacağı, potensial olaraq bir şəhəri bir neçə saniyədə məhv edəcəyi və dağıdıcı nəticələrə səbəb ola biləcəyi proqnozlaşdırılır.

Məsələ ilə bağlı Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilovla əlaqə saxladıq.

Direktor bildirdi ki, hansısa asteroidin Yerə yaxınlaşması, yaxud da toqquşma ilə bağlı onda hansısa məlumat yoxdur:

"Orbitlər kəsişə bilər, amma müxtəlif vaxtda keçdiyinə görə toqquşma ehtimalı çox azdır, ümumiyyətlə ehtimal sıfıra bərabərdir. Göy cisimlərinin, orbitlərin kəsişmə ehtimalı var. Orbitlər kəsişir, amma özləri yox. Tutaq ki, biri müstəvinin bir tərəfindən keçir, digəri yüz min ildən sonra gəlib həmin yerdən keçir. Bu, orbitlərin kəsişməsi deməkdir, amma cisimlərin toqquşması deyil. Kimsə dezinformasiya yayıb, NASA-da elə məlumat yoxdur".

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/296482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR