Millimizlə oyunöncəsi növbəti itki - Bu dəfə qapıçı zədələndi

Millimizlə oyunöncəsi növbəti itki - Bu dəfə qapıçı zədələndi
19:27 18 Noyabr 2019
113 İdman
Ölkə mətbuatı
A- A+

Slovakiya millisi AÇ-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi növbəti itki ilə üzləşib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Xorvatiya ilə görüşdə qırmızı vərəqə alan yarımmüdafiəçi Robert Makdan sonra daha bir futbolçu sıradan çıxıb.

Yığmanın baş məşqçisi Pavel Hapal sabahkı qarşılaşmada qapıçı Dominik Qreyfin də xidmətindən yararlana bilməyəcək. Çiynində ağrıları olan "Slovan"ın qolkiperi artıq heyətdən kənarlaşıdırılıb. Onu adaşı - "Jilina"da çıxış edən Dominik Holek əvəzləyib.

Qeyd edək ki, Slovakiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/803112.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR