Türkiyəyə "Su-57" təyyarələrini sata bilmərik -

“Rusiya ordusu “Su-57” təyyarələri ilə tam təmin olunana qədər, bu qırıcıların Türkiyəyə satışı mümkün deyil. Lakin Ankara tərəfi maraq göstərərsə, Moskva “Su-35” təyyarələrinin satışını nəzərdən keçirməyə hazırdır.”

Metbuat.az-ın İnterfaks agentliyinə istinadən məlumatına görə, Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev “Su-57” təyyarələrinin Türkiyəyə mümkün satışı barədə danışarkən belə deyib.

Onun sözlərinə görə, Moskva “Su-57” təyyarələrinə olan ehtiyacını qarşılamadığından hazırda onların Ankaraya satışından söhbət gedə bilməz.

Şuqayev bildirib ki, Rusiya Türkiyəyə öz 4-cü və 5-ci nəsil təyyarələrinin istehsalında dəstək olmağa hazırdır.

Anar Türkeş / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR