Azərbaycan millisinin daha bir üzvü Slovakiya ilə matçda debüt edib

Azərbaycan millisinin daha bir üzvü Slovakiya ilə matçda debüt edib
00:57 20 Noyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

"Zirə" klubunun futbolçusu Elvin Camalov Azərbaycan millisinin heyətində debüt edib.
"Report"un Slovakiyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsində Slovakiya ilə görüşün ikinci hissəsində oyuna daxil olub. Baş məşqçi Nikola Yurçeviç Camalovu Eddi İsrafilovun yerinə meydana buraxıb.
Görüşə start heyətdə başlayan "Keşlə"nin hücumçusu Vüsal İsgəndərli də bu matçda debüt edib.
Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və Slovakiya millisi 1:0 hesabı ilə öndədir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-daha-bir-uzvu-slovakiya-ile-matcda-debut-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR