Tusk: Aİ genişlənmə siyasəti ətrafında birliyi bərpa etməlidir

Tusk: Aİ genişlənmə siyasəti ətrafında birliyi bərpa etməlidir
04:22 20 Noyabr 2019
110 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Avropa İttifaqı genişlənmə siyasəti ətrafında birliyi bərpa etmək üçün səy göstərməlidir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Xorvatiyanın baş naziri Andrey Plenkoviç ilə görüşün yükunları üzrə Avropa Şurasının rəhbəri Donald Tusk deyib.

D.Tusk bildirib: "Şimali MakedoniyaAlbaniya ilə bağlı qərarın verilməməsi böyük bir məyusluqdur, amma mən nikbin olmağa davam edəcəyəm. Aİ-nin genişlənmə siyasəti ətrafında birliyini bərpa etmək üçün mümkün olan hər şeyi etmək lazımdır".

A.Plenkoviç öz növbəsində qeyd edib ki, Xorvatiyanın bu məsələ ilə bağlı mövqeyi aydırdır: "Biz hesab edirik ki, bu ölkələr və onların Avropa perspektivləri, habelə Avropanın cənub-şərq bölgəsində sabitlik üçün bu danışıqlara başlamaq yaxşı olardı".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3151219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR