Yubkasının yarığı ulduzu çətin vəziyyətdə qoydu - FOTO

Yubkasının yarığı ulduzu çətin vəziyyətdə qoydu - FOTO
11:28 20 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Dünyada bir çox dəb tendensiyasının yaranmasına birbaşa təsir edən moda ikonası Viktoriya Bekem əlində əsl sərvət daşıyır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, tez-tez geyim tərzi ilə diqqət mərkəzində olan ulduz son stili ilə meydan oxumağa davam edir. Fərqli üslubları ilə moda dünyasının ən populyar dizaynerlərindən olan miss Bekem mümkün qədər minimalist olmağa çalışaraq sadəliyini qoruyur. O, hər çıxışı ilə vurğulamağa çalışır ki, sadəlik ən güclü zəriflikdir. Maskulen detallardan istifadə edən Bekem üçün vazkeçilməz ayaqqabı və çantalar var.

Dünən Londonda görüntülənən Viki zeytun yaşılı yubka və pencək kostyumunu “Christian Louboutin”dən bənövşəyi dikdaban ayaqqabı və eyni rəngli dünyaca məşhur “Hérmes” markalı çanta ilə uyğunlaşdırıb. Dağınıq və səliqəsiz stilə nifrət etdiyini dəfələrlə etiraf edən Bekem ən yorğun günlərində də şıqlığından imtina etmir. Yeri gəlmişkən, ulduzun bu obrazında istifadə etdiyi çantasının dəyəri 23 min manatdır.

Küçədə görüntülənən Vikinin dərin yarığı küləkli havada gəzərkən onu çətin vəziyyətdə qoyub.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/296668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR