Çin 6G texnologiyasını bu tarixdə istifadəyə verəcək

Ötən həftələrdə 5G texnologiyasını istifadə etməyə başlayan Çin 6G üçün ilk addımı atıb və 6G-nin araşdırılması üçün mütəxəssislərdən ibarət 37 nəfərlik heyət qurub.

Metbuat.az İngiltərənin "Daily Mail" qəzatinə istinadən xəbər verir ki, çalışmalara başlayan heyət 6G-nin ölkədə istifadəyə veriləcəyi tarixi 2030 olaraq müəyyən edib. 6G texnologiyasının 5G-dən təxminən 100 dəfə daha sürətli internet verəcəyi qeyd edilib.

Qeyd edək ki, 5G şəbəkəsi ilk olaraq Avstraliyada xidmətə başlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR