Azərbaycanda 8,2 mlrd. kubmetr qaz istehlak edilib

Azərbaycanda 8,2 mlrd. kubmetr qaz istehlak edilib
16:12 20 Noyabr 2019
63 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə əmtəəlik təbii qaz ehtiyatları 20,2 mlrd. kubmetr olub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun 88,6%-i hasilatın, 11,4%-i ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb. Belə ki, doqquz ayda qaz hasilatının həcmi 17,897 mlrd. kubmetr, ilin əvvəlinə mövcud ehtiyatın həcmi 2,303 mlrd. kubmetr olub.
Ehtiyatların 40,4%-i və ya 8,161 mlrd. kubmetri ölkə daxilində istehlak edilib. Hesabat dövründə ümumi ehtiyatın 43%-i və ya 8,686 mlrd. kubmetri ixrac olunub. Hesabat dövründə 3,1% və ya 626 mln. kubmetr itki olub, 13,5% və ya 2,727 mlrd. kubmetr cari ilin oktyabrın 1-i vəziyyətinə ehtiyat kimi qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-8-2-mlrd-kubmetr-qaz-istehlak-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR