Prezident Namiq Mənaya

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev "Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında" sərəncam imzalayıb.

Sərəncamla Sumqayıt şəhərinin 70 illiyi münasibətilə və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə bir sıra şəxslər təltif ediliblər.

Metbuat.az məlumatına görə təltif edilənlər arasında məşhur bədihəçi Əliyev Namiq Həsən oğlu da (Namiq Məna) var.

Belə ki, ölkə rəhbərinin sərəncamı ilə Namiq Məna "Tərəqqi" medalı ilə təltif edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR