Trampın Honk-Konqla bağlı qanun layihəsini imzalayacağı gözlənilir

ABŞ prezidenti Donald Trampın ticarət müqaviləsi ilə bağlı Çini təhdid etməsinə baxmayaraq Honk-Konqdakı aksiyaları dəstəkləyən qanun layihəsini imzalaması gözlənilir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Senatdan səsvermə ilə keçən və Təmsilçilər Məclisindən 417-1 səs nisbəti ilə keçən qanun layihəsi həyata keçmək üçün Trampın imzasını gözləyir. Kaliforniya vəkili Nansi Pelosi qanun layihəsi ilə bağlı deyib:

"Konqres dünyaya bir mesaj göndərdi ki, ABŞ Honk-Konqdakı azadlıq istəyən insanlarla həmrəylikdən yanadır və ABŞ bu azadlıq mübarizəsini sona qədər dəstəkləyir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR