İtaliyanın hava yolları şirkəti iflas təhlükəsi ilə üzləşib

İtaliyanın hava yolları şirkəti iflas təhlükəsi ilə üzləşib
09:32 22 Noyabr 2019
109 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Alitalia" hava yolları şirkəti iflas təhlükəsi ilə qarşılaşıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hökumət buna yol verməmək üçün dəmiryolları "Ferrovie" və məşhur geyim brendi "Benneton"un törəmə şirkəti olan "Atlantia SpA" ilə danışıqlar aparıb. Lakin hər iki şirkət son anda geri çəkilib. Hökumətin son çarəsi "Alitalia"nın səhmlərini müvəqqəti olaraq almaqdır. Daha sonra isə şirkətin Almaniya nəhəngi "Luftfhanza" tərəfindən alınacağı ehtimal olunur.

Hər gün təxminən 700 min avro itirən şirkətin yüzlərlə əməkdaşı da işsiz qala bilər. Habelə şirkətin dövlətə də 900 milyon avro kredit borcu var. İtaliya hökuməti şirkətin uçuşlarını davam etdirə bilməsi üçün daha 350 milyon avro ayırılacağını bildirib. Lakin ixtisarlar və uçuşların azaldılması qaçınılmazdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR