Pikassonun rəsm əsəri Kanada hərracında 6,9 milyon dollara satılıb

Pikassonun rəsm əsəri Kanada hərracında 6,9 milyon dollara satılıb
11:12 22 Noyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyalı rəssam Pablo Pikassonun (1881-1973) 1941-ci ildə çəkdiyi "Şlyapalı qadın" əsəri Kanadanın Toronto şəhərində yerləşən "Heffel Fine Art Auction House"da 9,1 milyon Kanada dollarına (6,9 milyon ABŞ dolları) satılıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Kətan üzərində yağlı boya ilə işlənmiş rəsm əsərində Pikassonun ilham pərisi və sevgilisi - Dora Maar təsvir edilib.
Qeyd edək ki, Pikassonun rəsm əsərləri dünyada ən bahalılar sırasındadır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/pikassonun-resm-eseri-kanada-herracinda-6-9-milyon-dollara-satilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR