Superliqa klubunda ilk qadın prezident

Türkiyə Superliqa təmsilçisi "Kayserispor"da prezident dəyişikliyi olub.

Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, Kayseri təmsilçisinin prezidenti Hamdi Elcuman noyabrın 30-u keçirilməsi planlaşdırılan seçkilər öncəsi vəzifəsindən istefa verib. Klubun idarə heyətinin qərarı ilə onu qadın namizəd Berna Gözbaşı əvəzləyib.

O, ilk qadın prezident kimi Superliqa tarixinə düşüb.

Qeyd edək ki, "Kayserispor" 11 turdan sonra 7 xalla sonuncu - 18-ci yerdə qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR