"ABŞ ilə ticarət müharibəsi bizi qorxutmur" -

Çin prezidenti Xi Jinpinq ABŞ ilə ticarət müqaviləsi bağlamaq istədiklərini, ancaq Vaşinqton hökümətinin ticarət müharibəsinə başlaması halında qarşılıq verməkdən çəkinməyəcəklərini qeyd edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Çin lideri bunu paytaxt Pekində keçirilən iqtisadiyyat forumuna qatılan ABŞ heyətini qəbul edərkən deyib:

"Hər zaman dediyimiz kimi, ticarət müharibəsi başlatmaq istəmirik, ancaq qorxmuruq da. Lazım olduğunda qarşılıq verəcəyik. Yenə də ticarət müharibəsi olmaması üçün çalışırıq".

Görüşdə iştirak edən ABŞ heyətində Xarici İşlər naziri Henri Kissinqer, Maliyyə katibi Hank Paulson və keçmiş Ticarət Təmsilçisi Mayk Froman yer alıb.

Qeyd edək ki, ABŞ ilə Çin arasındakı ticarət savaşı 18 ay əvvəl - keçən ilin martında ABŞ prezidenti Donald Trampın bəzi Çin mallarına əlavə gömrük vergisi tətbiq etməsi ilə başlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR