"Azərbaycan Dəmir Yolları" QSC Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatını nəzərə alaraq əlavə qatar reysləri təyin edib.

Metbuat.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb.

Qeyd olunub ki, 8 noyabrda Gəncədən və Mingəçevirdən səfərlər təşkil olunacaq.

Biletləri qurumun saytından, "ADY Mobile" tətbiqindən və dəmiryol kassalarından əldə etmək olar.