Son 10 ilin ən çox gəlir gətirən musiqi qrupu

Son 10 ilin ən çox gəlir gətirən musiqi qrupu
21:32 23 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Amerikanın "Pollstar" nəşrinin açıqlamasında İrlandiyanın "U2" rok qrupu son 10 ildə dünya üzrə ən çox gəlir gətirən musiqi kollektivi kimi göstərilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çap olunan məlumatda qrup karyerası boyu ümumilikdə 1,038 milyard dollar qazanıb. Bu məbləğ ilin sonuna qədər daha da arta bilər, çünki "U2" hazırda Avstraliya, Yeni Zelandiya və Asiya ölkələrinə qastrol səfərindədir.

Siyahıda ikinci yeri 929 milyon dollarlıq gəlirlə Britaniyanın "The Rolling Stones" rok qrupu tutur. Britaniyalı Ed Şiran isə Mik Caggerin kollektivindən çox da geri qalmayaraq 922 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

Onluğa düşən yüksək gəlir əldə edən ifaçılar amerikalı müğənnilər Teylor Svift (899 milyon) və Beyonsedir (857 milyon). Daha sonra siyahıda "Bon Jovi" rok qrupu (836 milyon), "The Beatles" qrupun yaradıcısı Pol Makkarti (813 milyon), britaniyalı "Coldplay" (731 milyon), amerikalı Brüs Sprinqstin (729 milyon) və britaniyalı Rodcer Uoters (702 milyon) gəlir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/804689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR