Bolqarıstanda prezident seçkilərinin ikinci turunda səsvermə yekunlaşıb.
Metbuat.az xəbər verir ki, yerli vaxtla saat 20:00-da seçki məntəqələri bağlanıb.
Exit-poll nəticələrinə əsasən, İliyana Yotova rəqibi Andrey Gürovu qabaqlayır. İlkin göstəricilərə görə, Yotova 51 faiz, Gürov isə 44,6 faiz səs toplayıb.
Seçici fəallığı təxminən 26,8 faiz olub.
Qeyd edək ki, açıqlanan rəqəmlər exit-poll nəticələridir. Rəsmi yekun nəticələr hələ açıqlanmayıb.