Joze Mourinyo "Tottenhem"də qələbə ilə debüt edib

Joze Mourinyo "Tottenhem"də qələbə ilə debüt edib
21:32 23 Noyabr 2019
97 Digər
Ölkə mətbuatı
A- A+

Joze Mourinyo İngiltərə "Tottenhem"inin baş məşqçisi kimi debüt matçından qalib ayrılıb. 
"Report"un məlumatına görə, Premyer Liqanın XIII turuna təsadüf edən açılış oyununda "Vest Hem" səfərdə məğlub edilib - 3:2.
"London Stadium"da 60 minədək azarkeşin izlədiyi qarşılaşmada hesabı 36-cı dəqiqədə Son Hın Min açıb. 43-cü dəqiqədə Lukas Moura fərqi artırıb. 49-cu dəqiqədə Harri Keyn "Tottenhüm"in 3-cü qolunu vurub. Meydan sahibləri Maykl Antonionun 47-ci və Ancelo Oqbonnanın 90+7-ci dəqiqədə vurduğu qollarla fərqi minimuma endiriblər.
Bununla da xallarını 17-yə çatdıran "Tottenhem" 6-cı pilləyə yüksəlib. "Vest Hem" isə 13 xalla 16-cıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/joze-mourinyo-tottenhem-de-qelebe-ile-debut-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR