Bolqarıstan Baş naziri ABŞ-a rəsmi səfər edəcək

Bolqarıstan Baş naziri ABŞ-a rəsmi səfər edəcək
11:05 24 Noyabr 2019
96 Dünya
Ölkə mətbuatı
A- A+

Bolqarıstanın Baş naziri Boyko Borisov ABŞ-a rəsmi səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, noyabrın 25-də Baş nazir Boyko Borisovun ABŞ prezidenti Donald Trampla Vaşinqtonda görüşü planlaşdırılıb.

Ağ Evdəki danışıqlar çərçivəsində Baş nazir B.Borisov və Prezident D.Tramp Bolqarıstan və ABŞ arasında mövcud olan sabit və güclü əlaqələri nəzərə alaraq strateji tərəfdaşlıq və ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edəcəklər. Təhlükəsizlik və Şimali Atlantika tərəfdaşlığı, enerji diversifikasiyası və digər sahələrdə ümumi maraqlara xidmət edən müvafiq mövzularada xüsusi diqqət yetiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/804770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR