Ayətullah Nuri Həmədani: “Müsəlmanların vəhdəti hiylələri pozar”

Ayətullah Nuri Həmədani: “Müsəlmanların vəhdəti hiylələri pozar”
19:17 24 Noyabr 2019
Ölkə mətbuatı
A- A+

Qum İslami Elm hövzəsinin böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Hüseyn Nuri Həmədani müsəlmanların düşmənlərinin hiylələri və təxribatçı oyunlarını pozaraq, ən ali hədəflərinə irəliləyə biləcəklərini söyləyib.

Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, noyanbrın 13-ü Qumda Çin Müsəlmanları təşkilatının baş katibi ilə görüşən Ayətullah Nuri Həmədani, İslam ümmətinin vəhdəti və müsəlmanların düşmənlərinin ixtilaf çıxarma səyləri qarşısında ayıq olmalarının vacibliyinə vurğu edərək, İslam dünyasında coğrafi sərhədin mənası olmadığını, müsəlmanların dünyanın harasında olursa olsun, qardaş olduqlarını bildirib.

Düşmənlər heç vaxt müsəlmanların məsləhətini istəmədiyini bildirən Ayətullah Həmədani, dünya müsəlmanlarının daima rabitədə olmaları və həmrəylikləri sayəsində İslami izzəti gücləndirməli olduqlarını qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/803920.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR