Almaniya Bəşər Əsədə

Bir qrup almaniyalı deputat Bəşər Əsədlə görüşmək üçün Suriyaya səfər edib.

Metbuat.az Almaniyanın "Bild" dərgisinə istinadən bildirir ki, "AfD" partiyasından olan deputatlar Suriyaya səfər ediblər.

Məlumata görə, alman Bundestaqının 5 deputatının həyata keçirdiyi bu səfərin əsas məqsədi Bəşər Əsəd hökuməti ilə ortaq dialoqa hazır olduqlarını bildirmək olub.

"Burada vəziyyət bizim müharibə ilə bağlı hər gün eşitdiklərimiz və oxuduqlarımızdan tamamilə fərqlidir. Suriyada olduqca sülh və təhlükəsizlik mühiti müşahidə olunmaqdadır.", - deyə səfərdə iştirak edən deputatlardan biri açıqlama verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR