"Report" xəbər verir ki, bu, “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində öz əksini tapıb.
Dəyişikliyə görə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi; Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8 000 manatadək (8 min manat da daxil daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi; Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə,hesablanmış əməyin ödənişi fondunun 2 faizi; Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığorta olunan tərəfindən işçinin əmək haqqının 8 000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8 000 manatadək (8 000 manat da daxil daxil olmaqla) olan hissəsinin 2 faizi icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən olunub.
Sənəd layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.