"Taliban"ın səhra komandiri öldürüldü

"Taliban"ın səhra komandiri öldürüldü
13:42 25 Noyabr 2019
106 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın Hərbi-Hava Qüvvələri Fəryab əyalətində "Taliban" terror təşkilatının mövqelərinə zərbələr endirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, aviazərbə nəticəsində azı 4 silahlı məhv edilib.

Qeyd olunur ki, məhv edilənlər arasında "Taliban"ın səhra komandiri Mövləvi Əbdül Qaffar da olub.

Son səkkiz ay ərzində Əfqanıstan ordusu tərəfindən 2 mindən çox antiterror əməliyyatı keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/805016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR