Azərbaycandan qəbul olan tələbələrin sayı çoxdur:

Dağıstan Dövlət Universitetinə Azərbaycandan qəbul olan tələbələrin sayı çoxdur.

Metbuat.az xəbər verir ki, bu barədə universitetin rektoru Murtazali Rabadanov TASS-a müsahibəsində bildirib.

O, bu məsələyə xüsusi diqqət ayrıldığını vurğulayıb.

“Ənənəvi olaraq bizə Azərbaycandan tələbələr daxil olurlar. Onlar Mahaçqaladan əlavə, universitetin Dərbənd filialında da uğurla oxuyurlar... Əcnəbi tələbələr həm hökumətlərarası razılaşmaya əsasən büdcə əsasında, həm də pullu təhsil (xüsusilə qiyabi şöbədə) alırlar”.

Qeyd edək ki, 2024-cü ilə qədər Rusiyada “Elm” milli layihəsi çərçivəsində ən azı 15 dünya səviyyəli elm və tədris mərkəzləri yaradılmalıdır. DDU-nun da belə mərkəzlərdən birinin yaradılmasında iştirak etmək planları var.

Hazırda təhsil müəssisəsi Qafqaz-Xəzər bölgəsinin qlobal inkişafına dair elm və təhsil mərkəzinin yaradılması üçün sənədlər hazırlayır. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR