Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan BMW “VAZ” markalı iki avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.