İnterpol qadınlara qarşı cinayət törədən səkkiz kişini axtarır. Siyahıda 37 yaşlı azərbaycanlı kişinin də adı var.
Metbuat.az-ın xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat verilib.
“Qadınlara qarşı Zorakılığın Ləğv olunması Uğrunda Beynəlxalq Mübarizə Gününə təsadüf edən bu çağırış bütün dünyada qız və qadınların zorakılıqla üzləşməsinin bariz nümaunəsidir”, - deyə İnterpolun saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd edək ki, iki qadının ölümündə ittiham olunan Nuran Musayevin adı İnterpolun “Qırmızı xəbərdarlıqlar” siyahısındadır. (oxu.az)