Ötən gün yol qəzalarında 5 nəfər ölüb

Ötən gün yol qəzalarında 5 nəfər ölüb
11:32 26 Noyabr 2019
66 Digər
Ölkə mətbuatı
A- A+

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 16 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. 
Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/oten-gun-yol-qezalarinda-5-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR