Bulvarda məktəbli qız

Bakıda dənizə düşən məktəbli qız xilas edilib.

Metbuat.az-ın məlumatına görə, hadisə bu gün Dənizkənarı Bulvarda baş verib.

Bulvar ərazisində Nəsimi rayon sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı dənizə düşüb.

Ətrafda olan polislərin köməyi ilə qız sudan çıxarılıb. Yeniyetmə qız təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR