Azərbaycan Universitetində gender mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)

Azərbaycan Universitetində gender mövzusunda beynəlxalq konfrans keçirilib (FOTO)
17:29 27 Noyabr 2019
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Universitetində “Gender problemi və müasir Azərbaycan” beynəlxalq elmi konfransı işə başlayıb.

Azərbaycan Universitetindən Trend-ə verilən məlumata görə, konfrans Böyük Britaniyanın Middlesex Universitetinin tərəfdaşlığı ilə keçirilir.

Konfransı giriş sözü ilə açan Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva 2017 və 2018-ci illərdə keçirilmiş və genderə həsr olunmuş konfranslar haqqında məlumat verib. Rektor bildirib ki, bu konfranslara göstərilən maraq və onların doğurduğu rezonans tədbirin beynəlxalq səviyyədə təşkil edilməsi ideyasını verib və Azərbaycan Universitetinin bu təşəbbüsü Böyük Britaniyanın Middlesex Universiteti tərəfindən də dəstəklənib.

Səadət Əliyeva qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun artırılması üçün hərtərəfli şərait yaradılır, Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Birinci Vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda gender bərabərliyi hərəkatının önündə gedərək beynəlxalq təşkilatlarda xanımlarımızı ləyaqətlə təmsil edir.

Rektor vurğulayıb ki, ənənəvi şərq cəmiyyətinin üzvü kimi hələ də müəyyən stereotiplər, mental məhdudiyyətlər qadınlarımıza öz imkanlarını tam realizə etməyə mane olur. Azərbaycan Universitetinin təqdim etdiyi platformada məqsəd də məhz bu və gender əsaslı digər problemləri təhlil və müzakirə etmək, həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, Azərbaycanın əldə etdiyi uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir.

Mərasimdə millət vəkili Sona Əliyeva, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, konfransın tərəfdaşı, Böyük Britaniyanın Middlesex Universitetinin professoru Victoria de Rijke, “British Council Azərbaycan” ofisinin direktoru Summer Xia çıxış edərək, konfransın əhəmiyyətini vurğulayıb, tədbirin işinə uğurlar arzulayıblar.

Açılışın ardından başlayan plenar iclasda iki məruzə dinlənilib. Konfransın dəvətli məruzəçisi Fransanın Sorbonne Universitetinin professoru Louise Dalingwater “Neoliberal islahatlar və iş yerində qadın məmnuniyyəti”, Bakı Dövlət Universitetinin professoru Rəna İbrahimbəyova isə “Gender yanaşmasının müasir vəziyyəti” mövzusunda çıxış edib.

Plenar iclasın və fasilənin ardından konfrans işini bölmə iclaslarında davam etdirib. Tədbir günün sonunda bağlanış mərasimi ilə başa çatıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3155046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR